Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dəniz kuboku”nda növbəti mərhələ üzrə tapşırıqlar icra olunub

"Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçirilən "Dəniz kuboku" müsabiqəsində növbəti mərhələ üzrə tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.
Hakimlər komissiyasının qərarına əsasən bu mərhələdə İran komandası 40 xalla birinci, Rusiya komandası 38 xalla ikinci, Azərbaycan və Qazaxıstan HDQ-nin komandaları isə 32 xalla üçüncü yerə layiq görülüblər.

19 Avqust 2022 21:28 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə