Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Putin və Makron telefonla Zaporojye atom elektrik stansiyasını müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinə zəng edib. Kremlin saytının məlumatına görə, bu, onların mayın 28-dən sonra ilk söhbəti olub. Mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı prezidentlər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının Zaporojye AES-ə göndərilməsinin vacibliyini qeyd ediblər. Rusiya prezidenti bu missiyaya kömək etməyə hazır olduğunu bildirib.
 
Vladimir Putin Emmanuel Makrona deyib ki, Ukraynanın Zaporojye atom elektrik stansiyasını atəşə tutması “böyük miqyaslı fəlakət” təhlükəsi yaradır. Onun sözlərinə görə, AES ətrafında real vəziyyəti yerindəcə qiymətləndirə biləcək MAQATE missiyasının tezliklə göndərilməsi vacibdir. Zaporojye AES-in ərazisi yazdan Rusiya ordusunun nəzarəti altındadır, zavodda ukraynalı mütəxəssislər çalışırlar. Rusiya və Ukrayna müntəzəm olaraq bir-birini stansiyanı atəşə tutmaqda ittiham edir. Yelisey sarayının mətbuat xidmətinin məlumatına görə, cənab Makron söhbət zamanı AES-dəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.
 
İki ölkə liderləri iyulun 22-də İstanbulda Ukrayna taxılının ixracına dair sazişi də müzakirə ediblər. Rusiya prezidenti qeyd edib ki, Qara dəniz limanlarından Rusiya məhsullarının ixracı üçün “maneələr hələ də qalmaqdadır”.
 
Bundan əlavə, Vladimir Putin BMT Katibliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertlərini Yelenovkadakı istintaq təcridxanasına baş çəkməyə dəvət edib.
 
Prezidentlər bu məsələlərlə bağlı “təmasları davam etdirməyə razılaşıblar”.
 
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiya və Fransa prezidentləri mütəmadi olaraq bir-birinə zəng edib. Əsasən danışıqların təşəbbüskarı cənab Makron olub. Prezidentlər sonuncu dəfə mayın 28-də telefonla danışıblar. Sonra Almaniya kansleri Olaf Şolz da söhbətə qatılıb. Onlar Rusiyadan kənd təsərrüfatı məhsullarının və gübrələrin ixracını müzakirə ediblər. Vladimir Putin bildirib ki, bu məhsulların ixracı yalnız sanksiyaların ləğvi ilə mümkündür.
 
"Xalq qəzeti"
19 Avqust 2022 22:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə