Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib - FOTO

Avqustun 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Gizir hazırlığı kursu"nu müvəffəqiyyətlə bitirən məzunların növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə "Xalq qəzeti"nə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Buraxılış mərasimində çıxış edənlər məzunları "Gizir hazırlığı kursu"nu bitirmələri münasibətilə təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayaraq gələcək xidmətlərində uğurlar diləyiblər.
Məzunlar adından çıxış edən gizir Vüsal Məmmədiyəzadə kurs müddətində qazandıqları bilik və bacarıqlarını xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz verib.
Kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və “gizir” hərbi rütbələri təqdim edildikdən sonra hərbi qulluqçuların tribuna önündən təntənəli keçidi olub.

19 Avqust 2022 21:14 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə