Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarından keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb

Dövlət İmtahan Mərkəzi (DIM) tərəfindən 10 aprel 2022-ci il tarixdə dövlət qulluğunun B (inzibati icraçı) və 15 may 2022-ci il tarixdə dövlət qulluğunun A (inzibati-rəhbər) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanlarında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.

Bu barədə "Xalq qəzeti"nə DIM-in Mətbuat xidmətindən məlumat verilib.

19 Avqust 2022 19:11 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə