Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Avqustun 19-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, iclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı bir sıra məsələlər müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.

Gündəliyə çıxarılan növbəti məsələ AMEA-nın yataqxanası barədə olub və müvafiq qərar qəbul edilib.

19 Avqust 2022 16:54 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə