Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli arxiv fondu sisteminin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib

29 iyun 2022-ci il tarixli qanunlar ilə normativ hüquqi aktlarda edilən dəyişikliklər Milli arxiv fondunun qeydiyyat sisteminin təkmilləşdirilməsi, fondun sənədlərinin komplektləşdirilməsi, dövlət arxiv xidməti sisteminin yeni strukturunun müəyyən edilməsi, dövlət qeydiyyatı, mühafizəsi, informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsilə arxiv işinin modernləşdirilməsi, arxiv sənədlərinin rəqəmsallaşdırılması, vahid elektron arxiv məlumat sisteminin yaradılması, arxiv sənədlərinin elmi-tarixi və sosial məqsədlər üçün daha əlverişli istifadəsi, arxiv məlumatlarının əldə edilməsi sahəsində müvafiq icra hakimiyyəti orqanının iştirakı, dövlət arxiv xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və dövlət arxiv xidməti işçilərinin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutur.

Bu barədə "Xalq qəzeti"nə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
“Milli arxiv fondu haqqında” Qanunun pozulmasına görə inzibati məsuliyyət müəyyən edən  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 391-ci maddəsinin adı və dispozisiyası yeni redaksiyada verilərək, maddənin adı “Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması” kimi təsbit edilərək  dispozisiyasında Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması meyarlarının dairəsi müəyyən edilmişdir.
Bununla yanaşı,  arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulmasına, eləcə də Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə məsuliyyət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi forması və Milli arxiv fondu sənədlərindən istifadə qaydası müəyyən edildikdən sonra yaranır.

19 Avqust 2022 16:26 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə