Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədidə 15 ədəd subartezian quyusu bərpa olunacaq

Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti idarənin balansında olan 2261 km suvarma kanalı, 2549 km kollektor drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 adad SNP markalı səyyar nasoslar, 2 ədəd üzən nasos, 3 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşğul olmaqla 63000 ha əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir.

Bu barədə "Xalq qəzeti"nə İdarədən məlumat verilib.

İdarə tərəfindən suvarmanı yaxşılaşdırmaq üçün bir sıra təxirəsalınmaz işlər görülür. 2022-ci il ərzində əkilmiş kənd təsərrüfatı bitkiləri nasoslarla 13000 ha, öz axımı ilə 23291 ha, 26709 ha əkin sahəsi isə artezianlarla suvarılıb.

 İdarə tərəfindən cari ildə kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi, 134 ədəd subartezian quyularının cari təmiri və  balansda olan nasos stansiyalarda təmir işləri aşağıdakı kimi aparılıb. Belə ki, Salmanbəyli-9 nasos stansiyasında bir, Xocavənd-1 nasos stansiyasında da bir ədəd elektrik mühərriki təmir olunub. Hazırda suvarmanın yaxşılaşdırılmasında daim işləyən nasos stansiyalar və subartezian quyuları fasiləsiz olaraq sahələrə xidmət göstərir. İdarə tərəfindən yeraltı suların aşağı səviyyəyə düşməsi nəticəsində batan subartezian quyularının da yenidən bərpası nəzərdə tutulur ki, artıq bu quyular plana uyğun olaraq bərpa olunacaq.

Qeyd edək ki, Ağcabədi rayonunda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.

19 Avqust 2022 15:13 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə