Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün 176 namizəd qeydiyyatdan keçib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə növbəti test imtahanı sentyabrın 11-də keçiriləcək.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Test imtahanı vermək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında sentyabrın 1-dək aparılacaq. Bu gün saat 09:50-yə olan məlumata görə, 176 nəfər (AB-5, AC-12, BA-49, BB-110) qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanında aşağıdakı kateqoriyaya aid namizədlər iştirak edə bilərlər:

- Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;

- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş, inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.

Namizədlər test imtahanı proqramları ilə DİM-in saytında tanış ola bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi ilə bağlı test imtahanında yoxlanılacaq bilik sahələri, hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları haqqında məlumatlar DİM-in internet portalında yerləşdirilib.

19 Avqust 2022 15:08 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə