Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya portalı Müslüm Maqomayevin Bakıda keçirilmiş yubiley tədbirlərindən yazıb

Yaponiyanın “ajmedia.jp” portalı dünyaşöhrətli müğənni, Azərbaycan mədəniyyətinin böyük təbliğatçısı Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Bakıda təşkil edilmiş yubiley tədbirlərini işıqlandırıb.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatlarda məşhur opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar məlumatlar əksini tapıb.

Məlumatlarda milyonların sevimlisinə çevrilmiş müğənninin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş xatirə gecəsi barədə ətraflı bəhs olunub.

Bundan əlavə, məlumatlarda xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlərin nümayiş etdirildiyi qeyd edilib.

Görkəmli müğənni və bəstəkarın repertuarından mahnıların səsləndirildiyi, onun haqqında videoçarxların təqdim olunduğu bildirilib.

19 Avqust 2022 12:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Sentyabr 2022 | 00:30
Zəfərimizin musiqi salnaməsi

Köhnə versiyamızdan xəbərləri izlə