Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək

Azərbaycan Şahmat Federasiyasının Hakimlər komissiyası avqustun 25-28-də milli dərəcəli hakimlər üçün seminar təşkil edəcək.

Federasiyadan "Xalq qəzeti"nə verilən məlumata görə, Zaqatala Olimpiya İdman Kompleksində keçiriləcək seminarda beynəlxalq hakimlər Faiq Həsənov, Lütfiyar Rüstəmov və Qüdrət İsmayılov mühazirəçi qismində çıxış edəcəklər.

Seminarda FIDE oyun qaydaları (klassik, rapid, blits), əsasnaməsi, İsveçrə sistemi üzrə püşkatma proqramından istifadə təlimatları və elektron saatlar müzakirə mövzusu olacaq.

Ümumilikdə, 14 saatı əhatə edəcək nəzəri materialları dinləyən hakimlər sonda test vasitəsilə imtahan olunacaqlar.

19 Avqust 2022 12:45 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə