Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan snayperləri 300-600 metr məsafədə yerləşən hədəflərə atəş açıb

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandalar növbəti atış çalışmalarını yerinə yetiriblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Çalışmanın şərtlərinə uyğun olaraq hərbi qulluqçular maneələr zolağını dəf edərək 300-600 metr məsafədə yerləşən hədəflərə snayper tüfənglərindən atəş açıblar.

Birinci mərhələnin şərtlərinə əsasən, iştirakçı ölkələrin snayperləri fərdi şəkildə mübarizə aparırlar.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsi avqustun 27-dək davam edəcək.

18 Avqust 2022 21:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Oktyabr 2022 | 03:13
Zəfər tarixinin xronologiyası

Köhnə versiyamızdan xəbərləri izlə