Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1456 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, üç və daha çox doza vaksin vurduranların sayı 885, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 157 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 844 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 521, üç və daha çox doza vaksin vurduranların sayı 3 355 179, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 645 təşkil edir.

18 Avqust 2022 19:38 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə