Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl Olimpiya İdman Kompleksində yay təcrübə məktəbinə start verilib

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurası (NAYORA) gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün Göygöl Olimpiya İdman Kompleksində yay təcrübə məktəbinə start verilib.

Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
 
Düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə, gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünü inkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. 

Düşərgə müddətində gənclər təşkilatlarının şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin müzskirə edilməsi nəzərdə tutulub.

18 Avqust 2022 15:39 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə