Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin Natiqlik Düşərgəsi başa çatıb - FOTO

Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Qusar Olimpiya İdman Kompleksində təşkil etdiyi Gənclərin Natiqlik Düşərgəsi başa çatıb.

Bu barədə "Xalq qəzeti"nə Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Düşərgənin əsas məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi və onların yeni bilik və bacarıqlarının əldə etməsinə dəstək olmaqdır.
Proqrama əsasən “şəbəkələşmə”, “komanda quruculuğu” oyunları, “nitqin strukturu”, “effektiv nitq”, “verbal və qeyri-verbal natiqlik”, “Karyerada natiqliyin rolu”, “debat və onun formatları” mövzusunda təlimlər və görüşlər keçirilib. 
Düşərgə müddətində müxtəlif idman yarışları, komanda və təkbətək formatda debatlar, Laza şəlaləsinə yürüş və “Code Tusi” intellektual komanda oyunu təşkil olunub.

18 Avqust 2022 16:09 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə