Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəyə S-400 raket komplekslərinin tədarükü planauyğun davam edir

Türkiyənin S-400 hava hücumundan müdafiə sistemləri alması prosesində heç bir dəyişiklik baş verməyib. Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin məlumatında bildirilir ki, proses S-400 “Triumf” komplekslərinin ikinci parti­yasının əldə olunması barədə ilkin razılaş­malara uyğun olaraq davam etdirilir.

Rusiya Federasiyası baş nazirinin müavini – sənaye və ticarət naziri Boris Manturov qeyd edib ki, bir çox sahələrdə, o cümlədən, hərbi-texniki əməkdaşlıq sahəsində ikitərəfli əlaqələr fəal surətdə inkişaf edir: “Türkiyə Rusiya Federasiyasının mühüm tərəfdaşıdır və bizim Türkiyə ilə S-400 “Triumf” zenit raket komplekslərinin tədarükünə dair qarşılıqlı əlaqələrimiz davam edir”.

Qeyd edək ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 Hava Hücumundan Müdafiə sistemi almışdır. 2019-cu il oktyabrın 23-də “Rosoboroneksport” dövlət şirkəti bildirmişdi ki, Rusiya raketləri və S-400 sisteminin bütün elementlərini tədarük edərək müqavilə üzrə öhdəliklərini vaxtından əvvəl yerinə yetirib.

Ötən ilin sonunda “Rosoboroneksport”un rəhbəri qeyd etmişdi ki, Rusiya S-400 sistemlərinin bəzi elementlərinin Türkiyə ərazisində istehsalını lokallaşdır­mağa başlayıb.

“Xalq qəzeti”

18 Avqust 2022 05:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
28 Sentyabr 2022 | 23:38
Kuba işıqsız qalıb
28 Sentyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə