Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çavuşoğlu: Türkiyə Suriya böhranının siyasi həllinin tərəfdarıdır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə Ankarada keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Türkiyə həmişə Suriya münaqişəsinin siyasi həllinin tərəfdarı olub.

Çavuşoğlu qeyd edib ki, Suriyada davamlı sülh üçün döyüşən tərəflər arasında konsensusa nail olmaq lazımdır: “Suriya müxalifəti Türkiyəyə güvənir, lakin Suriyada sülh və sabitlik üçün konsensus lazımdır”.

Türkiyə diplomatiyasının rəhbəri Ankara­nın Suriyanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Çavuşoğlu Suriyada PKK və onun törəmələri də daxil olmaqla, Suriya ərazisində terror təşkilatlarının fəaliyyətinin yolverilməz olduğunu diqqətə çatdırıb: “Suriyada bizim üçün təhdid yaradan terror təşkilatları fəaliyyət göstərirlər. PKK, PYD, YPG özlüyündə bir terror təşkilatıdır. Bu terrorçular, həmçinin İŞİD və digər radikal terror təşkilatları bu ölkədən tamamilə qovulmalıdırlar”.

Diplomat bildirib ki, bu, Türkiyənin təhlükəsizliyi və Suriyanın stabilliyi üçün vacibdir.

Türkiyə, BMT, Rusiya və Ukrayna arasında müqavilə çərçivəsində Ukrayna limanlarından taxılın çıxarılması məsələsinə toxunan Mövlud Çavuşoğlu bildirib ki, hazırda razılaşma problemsiz icra olunur.

“Xalq qəzeti”

18 Avqust 2022 05:24 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə