Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlham Əliyev: Biz müharibə istəmirik...

Bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.

Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsindən

 

Dünya ədəbiyyatının görkəmli simalarından olan Ernest Heminquey yazırdı ki, ədalətsiz, işğalçı müharibə aparanlar öz addımlarına haqq qazandırmaq üçün həmişə bəhanə axtarıblar. Ədalətli müharibə aparanlar isə bəhanə axtarmayıb, bu addımı atmaq üçün əsasları olduğunu deməklə, haqlı mövqelərini səsləndirməklə kifayətləniblər. XX əsrin illinoyslu ədibi sanki bizim regionun son otuz ilinin hadisələrini xarakterizə edib.

Ermənilər nəinki son otuz ildə, həm də bizim re­giona köçürüldükləri tarixdən bu günə kimi daim mif, yalan, uydurma, şantaj ssenariləri yaratmaqla, terror, təxribat və işğala haqq qazandırmaq üçün bəhanələr axtarmaqla məşğul olublar. Ətrafdakı bütün ölkələrə ərazi iddiası etməklə bir xalq kimi xəstə olduğunu gizlədə bilməyən bu məxluq öz çirkin məqsədinə çatmaq üçün ən yırtıcı vəhşinin belə törətmədiyi amansızlıqlara əl atıb. Qazancı isə dünyanın nifrəti olub. Əsrlər boyu onlardan müxtəlif xalqlara və dövlətlərə qarşı alət kimi istifadə edənlər də indi artıq primitiv alətlərə ehtiyac qalmadığını dərk edirlər. Başqa bir fakt isə ondan ibarətdir ki, himayədarları onlardan əl çəksələr də, ermənilər ənənəvi şərəfsizlik sindromundan əl çəkə bilmirlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti onlara hansısa dərsi verməklə kifayətlənir. Dövlət başçımz 44 günlük İkinci Qarabağ müharibəsindən sonra dəfələrlə deyib ki, biz müharibə səhifəsini bağ­lamağa çağırırıq, biz regionda sülhə və əməkdaşlığa nail olmaq üçün sərhədlərin delimitasiya və demar­kasiyasının həll olunmasını istəyirik. Yəni rəsmi Bakının siyasi, iqtisadi, diplomatik və hərbi üstünlüyü olsa da, biz onları daha alçaltmaq istəmirik. Hal­buki onlar kapitulyasiya aktına imza atdıqlarına və Azərbaycan Ordusunun hərbi əməliyyatları məhz İrəvan rəhbərliyinin xahiş-minnəti ilə dayandırıldı­ğına görə biz onlara daha sərt şəkildə xəbərdarlıq və diktələr etməliyik. Amma etmirik. Çünki bizim ərazi bütövlüyümüzü bərpa etməkdən başqa heç bir hədəfimiz yoxdur. Amma ola bilər.

Dövlət başçımız İsmayıllı rayonuna səfəri zamanı Basqalda AzTV-yə verdiyi müsahibədə dedi ki, əgər ermənilər son iki-üç ilin hadisələrindən dərs ala bilməsələr, revanşist bəyanatlardan əl çəkməsələr, biz əcdadlarımızın əsrlərdən bəri yaşadığı qədim ərazilərimizin məsələsini qaldıra bilərik: “İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çataca­ğıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımları­mızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq”.

Biz inanırıq ki, bu dərs onların yaddaşında qala­caqdır. Prezidentin fikrincə, “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Ali Baş Komandan tərəfindən başqa vəzifələr də qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir. Təkcə onu demək kifayətdir ki, biz Azərbaycan olaraq nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Yadımdadır, ötən il iyunun 26-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gü­lüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə bu məsələləri növbəti dəfə qabartmış və düşmənə xatırlatmışdı ki, burnunu çox yerlərə soxmasın. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik: “Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.

Başqa bir fakt isə ondan ibarətdir ki, Ermənistan təxminən otuz il davam edən danışıqlar prosesində sərgilədiyi riyakar mövqe ilə vasitəçiləri də bezdirmiş­di. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. O zaman İlham Əliyev deyirdi ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradıl­masına imkan verməyəcəyik: “Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir...Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, bunu öz ərazisində yaratsın, Azərbaycanın ərazisində yox. Bu mövqe tarixi ədalətə əsaslanırdı, biz bunu bəyan edirdik və Ermənistana şans verirdik. Ancaq onlar bu şansdan istifadə etmədilər”.

Nə üçün həmin tarixi faktı xatırladıram? Çün­ki ermənilər bu gün də öz riyakarlıqları ilə Avropa İttifaqı Şurasını, Ağ Evi, Kremli bezdiriblər. Gündə bir fikir səsləndirir, eynilə gorbagor olmuş münaqişə dövründə olduğu kimi, bu gün də fitnəkarlıqdan, terror və təxribatlardan, rədd olub getdikləri ərazilərimizdə yanğınlar, qarət, talan törətməkdən əl çəkmirlər. Bunlar az imiş kimi, üç dövlət başçısı­nın ( Ermənistana da dövlət demək mümkündürsə) imzaladığı Üçtərəfli Bəyanatın icrasından da imtina etməyə çalışırlar.

Ona görə də, bir zamanlar “Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına im­kan verməyəcəyik”, – deyən Prezident İlham Əliyev İrəvan rəhbərliyinə bu gün daha sərt xəbərdarlıq edir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

...Dövlət başçımız məhz bu fikri səsləndirdiyi müsahibəsində onu da demişdi ki, biz müharibə səhifəsini bağlamaq istəyirik, regiona sülh və əmin-amanlıq, əməkdaşlıq gətirilməsi çağırışları edirik. Yəni biz müharibə istəmirik. Zorən cəlb edildiyimiz müharibədə “Dəmir yumruğ”un altında qalıb əzilənlər isə ... özləri bilsinlər.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

18 Avqust 2022 06:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə