Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qanunsuz məskunlaşdırma hərbi cinayətdir

Müharibənin gedişində ordumuzun şücaəti ilə şəhər və kəndlərimiz bir-bir işğal­dan azad edildikcə həmin ərazilərdə düşmənin törətdiyi vandal əməllərini görəndə Yer üzündə bu qədər vəhşi, dağıdıcı ikinci bir millət olmadığına əmin oldum.

 

İkinci Qarabağ savaşından ötən iki ilə yaxın bir müddətdə düşməndən təmizlənən ərazilərdə gerçəkləşdirilən genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələrinin uğurla icrası indi Azərbaycanı bütün dünyaya güclü-qüdrətli dövlət, insanlarımızı isə qurucu xalq kimi tanıdır. Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yolun cəmi bir il ərzində inşa edilməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, bu yeni yolla bağlı Prezident İlham Əliyev sözügedən müsahibəsində 10 noyabr 2020-ci il tarixli Bəyannamədə həmin magistralın üç il ərzində çəkiləcəyinin planlaşdırıldığı­nın öz ifadəsini tapdığını və bu bəndin kapitulyasiya aktında gerçəkləşdirən tərəfin də məhz Azərbaycan olduğunu xatırla­dıb. “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq müm­kün olmayacaqdı”,-deyə dövlətimizin başçısı qeyd edib.

Ölkə rəhbəri fikirlərinin davamında Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması zəruriliyini də diqqətə çat­dırıb. Dövlət başçısı onların o ərazilərdə yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın za­manlarda öz doğma yerlərinə qayıdacaqdır”.

Bəli, artıq ermənilər azərbaycanlılara məxsus həmin yaşayış sahələrindən çıxarılır. Amma bu prosesdə də əvvəllər olduğu kimi, yenə də vəhşiliklərini, barbarlıqla­rını nümayiş etdirirlər. Evləri, meşələri yandırır, hətta öz doğmalarının qəbirlərini dağı­dıb cəsədləri özləri ilə aparır­lar. Belə bir hal bu millətin sa­ğalmaz xəstə təxəyyülə malik olduğunu bir daha təsdiqləyir. Bunu özləri də etiraf edirlər. Ermənistanın Strateji Araşdır­malar Mərkəzinin rəhbəri Alvi­na Ağababyan mətbuata açıq­lamasında deyir: “Ermənilər 26 il Qarabağı dağıtdı, amma Bakı 20 ay içində bu dağıntılar üzərində şəhərlər, kommunika­siyalar, yüksək səviyyəli yollar, körpülər tikə bildi”.

A.Ağababyan daha sonra erməni xalqının Qarabağı sevməməkdə ittiham edir: “Bilirsiz niyə belə oldu? Çünki biz bu torpaqları sevmirik, azərbaycanlılar isə sevir və bunu sübut edir. Şuşada möhtəşəm körpü inşa olunub, ikincisi isə yaxın vaxtlarda tikiləcək. Şuşaya gedən yolda isə elə bağ salınır ki, onu hətta kosmosdan da görmək mümkün olacaq. Bütün bunlar 20-21 aya olunub. Biz isə 26 il ərzində Qarabağda yaşayan erməni əhalisi üçün strateji və həyati əhəmiyyətli 80 kilometr­lik yolu inşa edə bilməmişik”.

Beləliklə, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinin tamamlan­ması daim özlərini məzlum göstərən ermənilərin “doğ­ma yurdlarından” qovulması harayı ilə müşayiət olunur. Yəni köhnə, sülhməramlıların məsuliyyət zonasında yerləşən yolun ətrafında yerləşən ad­ları çəkilən kəndlərin sakinləri tərəfindən yalan, heç bir əndazəyə sığmayan iddia­lar–guya onlar üçün doğma olan bu yerlərdən “didərgin” salınması kimi ədalətsiz fikirlər səsləndirilir. Amma onlardan bura haradan gəldiklərini, nə üçün məskunlaşdırıldıqlarını soruşan belə tapılmır. Əslində, bunu özləri də, Ermənistan rəhbərliyi də, nəhayət, hava­darları da yaxşı bilirlər.

Sevinc ABDULLAYEVA,

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini

18 Avqust 2022 06:06 - SİYASƏT
SİYASƏT
29 Sentyabr 2022 | 02:05
Qəza, yoxsa təxribat?
29 Sentyabr 2022 | 00:47
Şəhidlərimizi anarkən

Köhnə versiyamızdan xəbərləri izlə