Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İspaniyada 22 nəfər xəsarət alıb

İspaniyada Valensiyadan Saraqossaya gedən sərnişin qatarı Valensiya əyalətinin Bexis yaşayış məntəqəsində meşə yanğını səbəbindən dayanıb və geri qayıtmaq məcburiyyətində qalıb.

Maşinistin vaqon­ları tərk etməmək haqqında məlumatına baxmayaraq 20 nəfər vaqonu tərk edib və xəsarət alıb. Onları qoruyan yanğınsöndürənlərdən də iki nəfəri xəsarət alıb. Xəsarət alan­lar vertolyotla xəstəxanaya çatdı­rılıblar. Onlardan üç nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Qatarı tərk etməyən sərnişinlər xəsarət almayıblar.

“El Mondo”nun məlumatına görə, nəinki İspaniyada, bütün Avropada meşə yanğınları davam edir. Son 16 ildə Avropa belə güclü meşə yanğınları görməyib.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

18 Avqust 2022 03:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə