Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qitələrarası fiber optik internet şəbəkələri ABŞ-Çin rəqabətində yeni cəbhə açır

ABŞ Çinin “Pakistan-Şərqi Afrika-Avropa Bağlantısı” (PEACE) layihəsinə qarşı “Cənub-Şərqi Asiya-Yaxın Şərq-Qərbi Avropa 6” (SEA-ME-WE 6) layihəsi ilə Asiya və Avropanı birləşdirən internet şəbəkələrinə nəzarət edəcək 19 min 200 kilometrlik sualtı kabel şəbəkəsinin yaradılmasına start verib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Dünyanın iki ən böyük iqtisadiyyata malik ölkəsi olan ABŞ və Çin arasında geost­rateji və texnoloji rəqabət qitələrarası fiber optik internet şəbəkələrinin yaradıl­ması üzrə rəqabətli təklif və layihələrdə öz əksini tapır.

ABŞ dövlət katibi Entoni Blinken keçən həftə Afrika ölkələrinə səfəri zamanı prezident Co Baydenin G7 Sammitində elan etdiyi “Qlo­bal İnfrastruktur Tərəfdaşlığı Təşəbbüsü” (PGII) çərçivəsində Asiya və Avro­panı birləşdirən sualtı fiber optik internet kabel infrastruk­turunun maliyyələşdirildiyinə başlanıldığını bildirib.

ABŞ-ın SubCom telekom­munikasiya şirkəti tərəfindən həyata keçirilən 600 milyon dollarlıq SEA-ME-WE 6 layihəsinin Sinqapurdan başlayaraq Cənub-Şərqi Asi­yada Hind okeanı, Ərəbistan dənizi, Qırmızı dəniz və Aralıq dənizini keçərək qərbə doğru Fransaya çatması planlaşdırılır.

Layihədə Sinqapur, Malayziya, Banqladeş, Şri- Lanka, Hindistan, Pakistan, Maldiv adaları, Cibuti, Səudiyyə Ərəbistanı, Misir və Fransanın internet infrast­rukturu ilə təmin edilməsi planlaşdırılır. Saniyədə 12,6 terabayt məlumat ötürmə qabiliyyətinə malik 10 fiber kabel cütündən ibarət olacaq şəbəkə marşrut üzrə digər ölkələrə xətlərin qoşulması variantını təklif edir. Şəbəkənin 2025-ci ilin birinci rübündə tamamlanması və istifadəyə verilməsi nəzərdə tutulur.

Rövşən ATAKİŞİYEV,

“Xalq qəzeti”

18 Avqust 2022 03:37 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə