Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçin Baş naziri: NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəyik

İsveçin Baş naziri Maqdalena Andersson NATO-ya üzvlüklə bağlı Türkiyənin şərtlərini yerinə yetirəcəklərini bəyan edib. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə İsveç hökumətinin rəhbəri jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, bu il iyunun sonunda İspani­yanın paytaxtı Madriddə imzalanan razılaşma sənədinə əsasən, Türkiyənin İsveç və Fin­landiyanın NATO-ya üzvlüklərini təsdiqləməsi üçün namizəd ölkələr bu vaxta qədər öz ərazilərində fəaliyyətlərinə “göz yumduqları” terrorçuları təhvil verməlidirlər. Rəsmi Ankara daha əvvəl bildirmişdi ki, terrorçular qaytarıl­masa, hər iki ölkənin Alyansa üzvlüyünə veto qoyulacaq.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə başlanan və artıq altı aya yaxındır davam edən Rusiya-Ukrayna savaşından sonra, İsveç Finlandiya ilə bərabər özünün milli təhlükəsizliyini gücləndirmək məqsədilə Şimali Atlantika Alyansına–NATO-ya üzv olmaq niyyətinə düşüb.

Məlum olduğu kimi, NATO-nun hazırda 28 üzvü var. İsveç və Finlandiya da quruma üzv qəbul olunsalar, üzvlərin sayı 30-a çatacaq. Al­yansa üzv ölkələrin böyük əksəriyyəti İsveç və Finlandiyanın bu təşəbbüsünü dəstəkləyirlər. Ekspertlərin fikrincə, böyük ehtimalla İsveç və Finlandiya hökumətləri Türkiyənin tələblərini yerinə yetirməyə çalışacaqlar.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 Avqust 2022 03:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə