Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Andrey Yermak: Dünyanın dəstəyinə ehtiyacımız var

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak beynəlxalq ictimaiyyətə müraciət edib. O, bu barədə özünün “Twitter” səhifəsində yazıb. Xəbəri UNİAN agentliyi yayıb.

“Rusiya ilə müharibədə bizim dünyanın həmrəyliyinə və dəstəyinə çox ehtiyacımız var. Ona görə də bu gün bizimlə olan hər bir liderə, hər bir beynəlxalq siyasətçiyə minnətdarıq. Bu müharibədə bizim qələbə qazanacağımıza inanan hər kəsə təşəkkür edirik. Bu, sivilizasiyanın barbarlıq üzərində qələbəsi olacaq”,- deyə o paylaşımında qeyd edib.

Bu arada Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko mətbuata açıqla­masında deyib ki, düşmən cəbhədə fəlakətlə üzləşib. Lakin dayanmaq fikrində deyil. V.Denusenki jurnalistlərə deyibdir: “Rusiya ordusu 3 günə Kiyevə girməyi planlaşdırır­dı. Amma onlar hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çata bilmirlər. Onların döyüşmək imkanlarının olmadığı aydın­dır. Amma hələ dayanmaq fikirləri yoxdur. Təəssüf ki, biz proseslərin sabah bitəcəyini düşünə bilmərik”.

V.Denisenkonun fikrincə, müharibənin sonu hələ çox uzaqdadır. O, hazırda bir çox ərazilərdə şiddətli döyüşlərin getdiyi­ni söyləyib. Qeyd edək ki, hazırda ən ağır döyüşlər Donetsk vilaytində və Xerson şəhəri istiqamətində gedir. Hər iki tərəfdən hər gün onlarla əsgər və zabitini öldürüldüyü bildirilir.

M.HACIXANLI,

“Xalq qəzeti”

18 Avqust 2022 03:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Sentyabr 2022 | 23:34
Mersində terror
27 Sentyabr 2022 | 23:20
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə