Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

ABŞ

İnflyasiya ilə mübarizə

Prezident Cozef Bayden Konqres tərəfindən təsdiq edilmiş 430 milyard dollarlıq inflyasiyanın azaldılması paketini imzalayıb. Qanun layihəsi bir sıra tədbirləri, o cümlədən, federal büdcə kəsirini, vətəndaşların səhiyyəyə xərclərini və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir. Bundan əlavə, iri şirkətlərin vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir. ABŞ hökuməti bütün görülən tədbirlərin gələcəkdə ölkədə inflyasiyanı azaldacağına ümid edir.

Xəbəri “Bloomberg” verib.

İraq

Oğurlanmış əsər tapılıb

Məşhur ispan rəssamı Pablo Pikas­sonun oğurlanmış tablosu İraqın Diyala əyalətində tapılıb. Bildrilir ki, milyonlarla dollar dəyəri olan əsər iraqlı narkotacirlərin sığınacağından tapılıb. İraq polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı departamentinin rəisi, polkovnik Bilal Subhi bildirib ki, üç narkotik qaçaqmal­çısının həbs olunduğu əməliyyat zamanı məşhur rəssamın oğurlanmış tablosu aşkar edilərək götürülüb.

Qeyd edək ki, əlavə təfərrüatlar açıqlanmayıb. Rəssamın adını daşıyan Pablo Pikasso Fondu isə məsələyə münasibət bildirməyib.

Xəbəri “Arabnews” verib.

CAR

Kömür ixracı artıb

Cənubi Afrika Respublikasından (CAR) Avropaya kömür ixracı cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə artıb. Bu barədə CAR-ın energetika kömürü ixracatçısı “Thungela Resources” şirkəti məlumat yayıb. Bildirilir ki, Almaniya, Danimarka, İtaliya, Niderland, Ukrayna və Fransa CAR-dan kömür idxal edən Avropa ölkələri arasında artım tempinə görə liderlərdir. Qeyd edilir ki, Rusiya-Ukrayna müharibəsi fonunda tətbiq edilən sank­siyalar Avropa ölkələrinin CAR-dan kömür idxalını dəfələrlə artırıb. Bu ilin ilk beş ayında CAR şirkətləri Avropaya 3,2 milyon ton kömür tədarük edib.

Xəbəri SABC verib.

Bolqarıstan

Rekord inflyasiya

Bolqarıstanın Milli Statistika İnstitutu ölkədə inflyasiyanın rekord səviyyəyə çatdığını açıqlayıb. Bildirilir ki, cari ilin iyul ayında Bolqarıstanda inflasiya səviyyəsi illik 17,3 faizə yüksəlib. Bu ilin iyun ayı ilə müqayisədə iyulda əyləncə və mədəniyyət xidmətləri 7,4 faiz, mənzil, su, işıq, təbii qaz isə 5,2 faiz bahalaşıb.

Xəbəri TASS verib.

İngiltərə

“Çelsi”də yeni müqavilə

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Tomas Tuxellə müqavilə müddətini uzatmaq istəyir. Bildirilir ki, “zadəganlar” al­man mütəxəssisə 2026-cı ilin yayına qədər nəzərdə tutulmuş müqavilə təklif edəcək. Qeyd edək ki, Tuxelin cari müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

Xəbəri “Futbolhd” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

18 Avqust 2022 03:04 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə