Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güləşçimiz dünya çempionu tituluna sahib olub

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medala sahib olub.

 Komandamızın üzvü Cəbrayıl Qadjiyev (74 kq) finalda yaponiyalı Ryunosuke Kamiyaya "tuşe" ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.

Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə ediblər.

17 Avqust 2022 23:05 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə