Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Dəniz kuboku"nda artilleriya atışı epizodu üzrə tapşırıqlar yerinə yetirilib

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib. Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib.
Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

17 Avqust 2022 19:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə