Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niyazi Bayramov sakinlərlə səyyar görüş keçirib

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi olaraq vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə Azərbaycan Texnologiya Universitetində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

İcra Hakimiyyətindən  verilən məlumata görə, açıq hava şəraitində keçirilən görüşdə millət vəkili Pərvin Kərimzadə, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev, Eldəniz Xudiyev, İcra Hakimiyyətinin məsul əməkdaşları və aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.

Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi və digər məsələlər üstünlük təşkil edib. Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində keçirilir.

17 Avqust 2022 20:08 - SİYASƏT
SİYASƏT
28 Sentyabr 2022 | 02:15
Bizim olan bizə qalacaq
28 Sentyabr 2022 | 01:48
2020-ci ilin bu günü...

Köhnə versiyamızdan xəbərləri izlə