Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

  • general-leytenant ali hərbi rütbəsi

general-mayor Rəsul Afiq oğlu Tağıyevə

general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə

general-mayor Elçin Zaur oğlu İbrahimova

  • general-mayor ali hərbi rütbəsi

polkovnik Zaur Rəşidoviç Niftullayevə

polkovnik Natiq Zahid oğlu Abuzərliyə

polkovnik Misir Əziz oğlu Əliyevə

polkovnik Aqil İnşalla oğlu Babayevə

polkovnik Azad Əyyub oğlu Abdullayevə

polkovnik Vüsal Eynulla oğlu Sultanova.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2022-ci il 

17 Avqust 2022 16:02 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə