Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hövsan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır - VİDEO/FOTO

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır. 

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.

Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol yatağının və küçənin profilə salınması işləri görülüb. 

Hazırda ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri son mərhələdə olmaqla icra olunur. 

Qeyd edək ki, “İnvestisiya Proqramına”na əsasən, cari il ərazində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4.5 km təşkil edən küçənin təmiri nəzərdə tutulub. 

17 Avqust 2022 16:40 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə