Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Komitə 2022-ci ilin yanvar-iyun aylarında təbii qazın paylanması haqqında məlumat yayıb

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyun  aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20406,3 milyon kub metr təşkil edib.

Bu barədə "Xalq qəzeti"nə Statistika Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Ehtiyatların 86,3 faizi hasilatın, 13,7 faizi qalığın hesabına formalaşmışdır. Təbii qazın 31,8 faizi istehlak, 55,6 faizi ixrac olunmuş, 2,0 faizi itkiyə getmiş, 10,6 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,9 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 37,1 faizi isə əhaliyə satılıb.

2022-ci ilin yanvar-iyun aylarında 11350,3 milyon kub metr və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,2 faiz çox təbii qaz ixrac edilib.

Əhali tərəfindən 2404,0 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox təbii qaz istehlak edilmiş, onun 38,0 faizi Bakı şəhərinin,  3,2 faizi Naxçıvan Muxtar Respublikasının, 10,9 faizi Abşeron-Xızı, 6,2 faizi Gəncə-Daşkəsən, 6,0 faizi Lənkəran-Astara, 5,7 faizi Mərkəzi Aran,  5,7 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,5 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,7 faizi  Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan  iqtisadi rayonlarının payına düşüb.

17 Avqust 2022 16:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə