Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 29418 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il iyul ayının 1-i vəziyyətinə 10185784 nəfərə çatmışdır. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmişdir. Hazırda hər 1000 kişiyə 1001 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Bu barədə "Xalq qəzeti"nə Statistika Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 61234 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,3 təşkil etmişdir.  Doğulanların 52,7 faizi oğlan, 47,3 faizi isə qız uşaqları olub.

2022-ci ilin altı ayında ölkədə 32589 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,5-dən 6,5-ə düşüb.

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən  28785 nikah və 7531 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 5,8-ə qədər artmış, boşanmaların sayı isə azalaraq 1,6-dan  1,5-ə düşüb.

Cari ilin birinci yarısında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1215 nəfər gələn, Azərbaycandan isə 442 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 773 nəfər təşkil edib.

17 Avqust 2022 18:13 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
28 Sentyabr 2022 | 00:23
Sizi kim unudar?!

Köhnə versiyamızdan xəbərləri izlə