Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Narkomaniya və gənclik” adlı sərgi-söhbət keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Narkomaniya və gənclik” adlı sərgi-söhbət təşkil edilib.

Bu barədə "Xalq qəzeti"nə İdarədən məlumat verilib.

Bildirilib ki, hər zaman aktual mövzu olan narkomaniya haqqında il ərzində kitabxanada müxtəlif tədbirlər həyata keçirilir, sərgilər hazırlanır. Növbəti tədbirlərdən biri gəncləri maarifləndirmək üçün nəzərdə tutulmuş sərgi-söhbətdir. Filialın əməkdaşı Aytən Məmmədova narkomaniyanın cəmiyyətə mənfi təsirindən, onun nəticəsi olaraq yarım qalan gənc ömürlərdən söhbət açıb. O bildirib ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi üçün ən doğru yol çoxsaylı tövsiyə xarakterli metodiki vəsaitlərin hazırlanması, məktəb və ali təhsil müəssisələrində geniş müzakirə və məlumatlar verilməsi mütləqdir.

Söhbət zamanı, kitabxana əməkdaşı Dilşad Əliyeva iştirakçılara   sağlam həyat və parlaq gələcək naminə hər zaman özlərini və ətraflarını sərhədsiz fəlakətlərə yol açan narkomaniyadan qorumağı və bu yoldan uzaq olmağı tövsiyə edib. Yekun olaraq, tədbir iştirakçıları mövzu ilə əlaqədar sərgi ilə tanış olublar.

17 Avqust 2022 17:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə