Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qaranlıqdan işığa” adlı tamaşa nümayiş olunub - FOTO

Avqustun 16-da  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” adlı tamaşa nümayiş olunub.

Bu barədə "Xalq qəzeti"nə İdarədən məlumat verilib.

Tamaşadan öncə Dünya Xalqları Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçılar İttifaqının üzvü, həkim psixiatr-narkoloq Asif Kəngərli narkomaniyanın səbəbləri, törətdiyi fəsadları, yaratdığı problemləri, onun insanların həyat və sağlamlığına mənfi təsirləri haqqında geniş məlumat verib. 

Tamaşada bir gəncin bu bəlaya “yox” deyib qaranlıqdan işığa necə çıxdığını izləmək mümkündür.

Əsas məqsəd tamaşada  bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır. Maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir. 

Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.

17 Avqust 2022 18:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə