Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbulu başa çatır

17 avqust saat 17:00-da 2022-2023-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi başa çatır.

Bu barədə "Xalq qəzeti"nə Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Boş qalan yerlər üçün 2-ci mərhələ 19-22 avqust tarixlərində həyata keçiriləcək. Bu mərhələdə aşağıdakı şagirdlərin iştirakına icazə verilir:

  • Birinci mərhələdə seçim edib qəbul olmayanlar;
  • Birinci mərhələdə seçim etməyənlər. 

Bu mərhələdə valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) şəxsi kabinetlərinə daxil olaraq lisey seçimi edəcək. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılır. Daha sonra şagirdin şəxsi işləri ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq, qəbul olduğu ümumi təhsil müəssisəsinə təhvil verilməlidir.

17 Avqust 2022 17:12 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə