Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2022-ci il avqustun 17-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib

İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub. 

Bu barədə "Xalq qəzeti"nə Mətbuat xidmətindən məlumat verilib.

İmtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər. 

Növbəti TOEFL iBT imtahanının 7 sentyabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

17 Avqust 2022 15:33 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə