Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM: Abituriyentlərin bu ixtisaslar üzrə qabiliyyət müsabiqəsindən keçmələri tələb olunmur

Bu il Milli Aviasiya Akademiyasının 050639 “Uçuş mühəndisliyi” və 050613 “Hava nəqliyyatının hərəkətinin təşkili” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimindən öncə xüsusi tibbi və psixofizioloji müayinədən və “Fiziki hazırlıq” üzrə qabiliyyət müsabiqəsindən keçmələri tələb olunmur.

Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, aAbituriyentlər ixtisas seçimi ərizələrində qeyd olunan ixtisasları göstərə bilərlər.

Lakin həmin ixtisaslara qəbul olmuş abituriyentlər MAA-nın 1-ci kursunda oxuduqları müddətdə xüsusi tibbi müayinədən və qabiliyyət müsabiqələrindən keçməlidirlər.

Xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən abituriyentlər təhsillərini tələbəsi olduqları ixtisaslarda davam etdirəcəklər. Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə isə təhsillərini başqa ixtisaslarda davam etdirmək seçimi təklif olunacaq. Bu barədə elan MAA-nın rəsmi internet səhifəsində yerləşdirilib.

17 Avqust 2022 15:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə