Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM “Abituriyent” 4 jurnalının satış ünvanlarını xatırladıb

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və s. məlumatlar “Abituriyent” jurnalının 4 nömrəli buraxılışında çap olunur. 2022-ci ildə ixtisas qrupları üzrə ümumilikdə 51 mindən çox plan yeri ayrılıb.

Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu il ötən illə müqayisədə 2500-dən artıq yer nəzərdə tutulub. Lakin qrup və ixtisaslar üzrə yerlərin artma və ya azalma sayı müxtəlifdir. Ona görə də konkret ixtisaslar üzrə plan yerlərinin sayını müqayisə etmək ixtisas seçiminin uğurlu olmasına müsbət təsir göstərə bilər.

İxtisas seçimi edənlər 2021 və 2022-ci illərdə nəşr olunmuş “Abituriyent” 4 jurnalını DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən satış köşkündən əldə edə və ya www.abiturient.az saytından sifariş edə bilərlər.

Bundan əlavə, ixtisas seçimi üçün faydalı ola biləcək digər nəşrləri bir daha təqdim edirik:

  • 2021-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış KEÇİD BALLARININ dərc olunduğu “Abituriyent” jurnalının 2-ci nömrəsi;
  • “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” xüsusi buraxılışları (I, II, III, IV qrup). Burada müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin İMTAHAN BALLARININ PAYLANMASI təqdim olunub.
17 Avqust 2022 14:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə