Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM-də Pearson VUE imtahanlarının keçirilməsi artıq yeni ünvanda davam edir

15 avqust 2022-ci il tarixindən etibarən Pearson VUE (Virtual University Enterprises) imtahanları Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında keçirilməyə başlanılıb.

Bu barədə "Xalq qəzeti"nə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat xidmətindən məlumat verilib.

DİM-in Pearson VUE təşkilatının rəsmi kompüter əsaslı test mərkəzi olaraq beynəlxalq sertifikat təqdim edən PTE Academic (akademik ingilis dili testi), həmçinin müxtəlif ixtisas sahələrinə aid (İT, maliyyə, mühasibat, menecment, audit, layihələrin idarə edilməsi və s.) 140-dan çox imtahanı keçirmək hüququ var.

DİM-də keçirilən Pearson VUE imtahanlarının arasında PMI, Microsoft, Oracle, CompTIA, IIA, Cisco və bir sıra digər təşkilatların imtahanları var.

DİM-də keçirilən imtahanların vaxtı:

İmtahan

Vaxt

PTE Academic (akademik ingilis dili testi)

hər həftənin III və V günləri

İxtisaslaşma imtahanları

hər həftənin I günləri

 

Həmçinin qeyd edək ki, DİM-də 15 avqust tarixində Pearson VUE tərəfindən təqdim olunan və Daxili Auditorlar İnstitutuna (Institute of Internal Auditors) aid olan CIA Exam Part One: Essentials of Internal Auditing beynəlxalq imtahanı təşkil olunub. İmtahanda 2 nəfər iştirak edib.

17 Avqust 2022 14:28 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə