Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin kamança ixtisası üzrə V sinif şagirdi Abid Çələbiyev Fransada keçirilən Ədilə Əliyeva adına XVII beynəlxalq onlayn musiqi müsabiqəsində uğurla çıxış edərək, 1-ci yerə layiq görülüb.

Bu barədə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, müsabiqə ənənəvi olaraq 25 ildir keçirilir. İştirakçıların ifaları əvvəlcədən dinlənilir və ən istedadlılar müsabiqəyə buraxılırlar.

Məktəbin rəhbərliyi şagirdin müsabiqədə iştirakına şərait yaratdığına görə təşkilatçılara minnətdarlığını bildirib.

17 Avqust 2022 14:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə