Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə bildirilib ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Avqustun 17-si saat 09:45-ə olan məlumata əsasən, 14 min 853 nəfər (Azərbaycan bölməsi -14 min 492; rus bölməsi – 361) ixtisas seçimi edib.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

17 Avqust 2022 14:11 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə