Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Norveç milyardlarla dollar itirib

“Bloomberg” yazır ki, Norveçin suveren rifah fondu 2022-ci ilin ilk altı ayında qlobal inflyasiya, qiymətli kağızların qiymətlərinin düşməsi və Ukraynadakı müharibə səbəbindən 174 milyard dollar itirib.

İlin əvvəlində fondun ehtiyatları 1,3 trilyon dollara yaxın olub, o, aktivlərinin dəyərinin 14,4%-ni itirib. “Norges Bank Investment Management”in baş direktoru və fond meneceri Nikolay Tangen deyib: “Bazar artan faiz dərəcələri, yüksək inflyasiya və Avropada (Ukraynada – red.) müharibə ilə xarakterizə olunurdu.

Fondun investisiya yatırdığı bütün sektorlarda ilin birinci yarısında mənfi gəlirlər qeydə alınıb.

Norveçin rifah fondu dünyanın ən böyüyüdür, demək olar ki, ölkənin neft və qaz gəlirlərinin dövlət vəsaitlərini çoxaltmaq və onlardan pensiya və vətəndaşlara sosial dəstək ödəmək üçün istifadə oluna biləcəyini göstərən bir meyardır. 1996-cı ildə yaradılan fond Norveçin neft və qaz sektorundan əldə etdiyi izafi gəlirləri yatırır və bütün qeydə alınmış səhmlərin 1,3%-nə sahib olmaqla, dünya üzrə minlərlə şirkətdə paylara malikdir.

 

17 Avqust 2022 13:30 -

Köhnə versiyamızdan xəbərləri izlə