Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 802 min şəxs sosial müavinət və təqaüdlə təmin edilib

Əhaliyə sosial müavinətlər üzrə 35 faiz çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənilib

Yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 802 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Onlardan 441 min nəfəri sosial müavinətlə, 361 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 465 mln. manat, Prezident təqaüdləri üzrə 27 faiz çox olmaqla 308 mln. manat ödənilib.

Bu ilin 7 ayında 153,8 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 374,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

17 Avqust 2022 12:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə