Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Snayper həddi" beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub

“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.
Müdafiə Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.
Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.

17 Avqust 2022 11:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
1 Oktyabr 2022 | 03:13
Zəfər tarixinin xronologiyası

Köhnə versiyamızdan xəbərləri izlə