Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NYT: ABŞ və Aİ Rusiya almazlarının "münaqişəli" kimi tanınmasını istəyir

“The New York Times” (NYT) xəbər verir ki, ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada rus almazlarına "münaqişəli" statusu verilməsini tələb edir. Bu, almazların bazara axınına mane olacaq. Qərb ölkələri öz təşəbbüslərini onunla əsaslandırırlar ki, brilyant satışı Rusiyaya Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirməyə kömək edir. Rusiya Federasiyasının Maliyyə Nazirliyi bu təklifi “demaqogiya” adlandırıb.

Rusiya almazlarının satışına Dövlət Departamentinin sözçüsü Corc Kajati etiraz edib və o, bu təşəbbüsü Kimberli Prosesinin sədrinə ünvanladığı məktubda səsləndirib. Bu, BMT tərəfindən yaradılmış beynəlxalq təşkilatdır və məqsədi "münaqişəli" və ya “qanlı” almazların bazara daxil olmasının qarşısını almaqdır. Bunlar qeyri-qanuni yolla çıxarılan və regional münaqişələrin maliyyələşdirilməsi üçün istifadə olunan almazlardır.

“İstehsaldan əldə olunan gəlirlər qəsdən, səbəbsiz və əsassız müharibə aparan eyni dövlətin xeyrinədir”, - deyə cənab Kajati bildirib. Onun mövqeyini Aİ ölkələri, Kanada və bir sıra digər Qərb ölkələri, o cümlədən Ukrayna dəstəkləyib.

NYT qeyd edir ki, Rusiya dünyanın ən böyük xırda brilyant tədarükçüsüdür. ABŞ hökumətinə görə, 2021-ci ildə Rusiya ixracatında bu qiymətli daşlar 4,5 milyard dollardan çox olub və almazları Rusiyanın qeyri-enerji gəlirlərinin əsas mənbələrindən birinə çevirib.

NYT-nin məlumatına görə, Botsvanada keçirilən Kimberli Prosesinin iyun iclasında rus almazları məsələsi qaldırılıb. Lakin Rusiya, Çin və Belarusun veto qoyması səbəbindən qadağaya nail olmaq mümkün olmayıb. Bundan əlavə, Moskvanı Qırğızıstan, eləcə də Mali və Mərkəzi Afrika Respublikası da dəstəkləyib. Növbəti iclas noyabr ayına təyin edilib.

Rusiya Maliyyə Nazirliyi brilyant satışının qarşısını almaq cəhdini “siyasi demaqogiya” hesab edir. Agentlik iddia edir ki, rus almazları bütün “ekoloji, sosial və idarəetmə standartlarına” cavab verir. Bundan əlavə, Maliyyə Nazirliyi bildirib ki, almaz hasilatından əldə edilən gəlir "Yakutiya iqtisadiyyatına töhfə verir": “Yakutiyanın milyonluq əhalisinin dolanışığı tamamilə bölgədəki almaz hasilatının sabitliyindən asılıdır”.

Ukraynada Rusiya hərbi əməliyyatı başlayandan sonra Qərbin zərgərlik brendləri rus almazlarından cilalanmış brilyant almaqdan imtina etməyə başlayıblar. Bununla belə, Rusiyanın işlənməmiş almazlarını əvəz etmək asan məsələ deyil və onlardan imtina qiymətləri yüksəldəcək, eyni zamanda, ALROSA-nın istehsal planlarını şübhə altına alacaq. Böyük Britaniya və ABŞ artıq şirkətə qarşı sanksiyalar tətbiq edib. Bunun fonunda Rusiya Federasiyasının Maliyyə Nazirliyi işlənməmiş və cilalanmış almazların dövriyyəsini liberallaşdırmaq qərarına gəlib.

 

17 Avqust 2022 11:00 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə