Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bölgələrdəki inkişaf Azərbaycanın gücünün göstəricisidir

Respublikamızın bölgələrində davam edən hərtərəfli inkişaf prosesinin səbəblərindın biri də Prezident İlham Əliyevin şəxsən yerlərdə görülən işlərlə tanış olması, özünün də dediyi kimi, nəzarət etməsidir. Belə ki, dövlətimizin başçısı müntəzəm olaraq bölgələrə səfərlər edir, bərpa-quruculuq işlərinin gedişatı ilə maraqlanır, xüsusi tapşırıq və göstərişlərini verir. Burada maraqlı məqamlardan biri də, II Qarabağ müharibəsindən, eləcə də dünya iqtisadiyya­tına böyük ziyan vuran qlobal pandemiyadan çox qısa müddət keçməsinə və eyni zamanda, ölkə resurslarının xeyli hissəsinin işğaldan azad edilmiş torpaq­ların yenidən qurulmasına cəlb edilməsinə baxmayaraq, respublikanın digər bölgələrinin də diqqətdən kənarda qalmamasıdır. Azərbaycan bütün dünyaya sübut edir ki, öz gücü hesabına, heç bir xarici qüvvədən dəstək almadan bütün bu işləri davam etdirmək iqtidarındadır.

Bu fikirləri bizimlə söhbətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası­nın hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev bildirdi.

O dedi:

– Prezident İlham Əliyevin avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayon­larına səfəri də bu mənada xarakterikdir. İsmayıllı rayonunun Basqal qəsəbəsində televiziyaya müsahibə verən dövlət başçı­sı, özü də xüsusilə qeyd etdi ki, bölgələrdə geniş vüsət alan abadlıq-quruculuq işləri ilə şəxsən maraqlanır və tez-tez gedişatla tanış olmaq üçün səfərlər edir.

Cənab Prezident müsahibəsində bildirdi ki, son illərdə Azərbaycanın bütün bölgələrində böyük infrastruktur layihələri icra edilir. Qobustan, İsmayıllı və Ağsu rayonları da istisna deyil. Bu rayonlarda son illər ərzində əsasən elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı böyük miqyaslı işlər görülmüşdür.

İsmayıllı Azərbaycanın turizm rayonla­rından biridir. İstər xarici, istər yerli turistlər əsasən, yaz və yay aylarında dincəlmək üçün İsmayıllıya gəlir, burada vaxtlarını mənalı keçirirlər. Bütün bunlara baxmaya­raq, İsmayıllı həm də dağlıq rayondur. Bu isə o deməkdir ki, burada hansısa layihəni icra etmək bir çox digər rayona nisbətən daha çətindir. Lakin bu gün rayonun 80 faizdən çoxu qazlaşdırılıb. Ağsuda isə bu rəqəm 100 faizə yaxındır. Təkcə bu iki rayonda son illər ərzində 10-dan çox elektrik yarımstansiyası inşa edilib. Təbii ki, sosial infrastrukturla bağlı da böyük layihələr icra olunub.

Dövlətimizin başçısı həm də ərzaq təhlükəsizliyi mövzusundan danışıb. Bildirib ki, Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya edir. Bunun­la da bazar iqtisadiyyatının bütün əsas prinsipləri ölkəmizdə tətbiq edilir. Bu­rada istər qiymətlərin qaxlması, istərsə də yetərli tədarükün mövcudluğundan söhbət gedir. Bu isə o deməkdir ki, dünyada gedən hər hansı iqtisadi pro­ses ölkəmizdən də yan ötmür, öz təsirini göstərir. Əlbəttə, icra edilən proqram və layihələrlə bu zərər minimuma endirilir, lakin, əlbəttə, təsir müəyyən qədər hiss olunur. Hazırda dünya iqtisadiyyatı elə bir dövrdən keçir ki, inkişaf etmiş ölkələrdə belə ikirəqəmli inflyasiya müşahidə olunur.

Ümumiyyətlə, ərzaq mallarının qiymətinin qalxması da məhz bu proseslə bağlıdır. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan hazırda özünü ərzaq məhsulları ilə 100 faiz təmin edə bilmir. Təbii ki, bu mənada intensiv işlər görülür. Dövlətimizin başçısı bu vəziyyəti, hətta iqtisadiyyatla heç bir əlaqəsi olmayan insanlar üçün belə o qədər səlis və güclü şəkildə, həm də tək bir cümlədə ifadə etdi ki, hər kəsin təxmini bildiyi, anladığı məsələ tam aydınlıq qazandı. Cənab Prezident bahalaşma ilə bağlı danışarkən qeyd etdi ki, əgər belə demək mümkünsə, ərzaq mallarının qiyməti də Azərbaycana xaricdən idxal olunur. Bu ağıl sahibləri üçün yetərincə qaneedici izahdır. Eynşte­yinin dediyi kimi, bir insan bir mövzunu 6 yaşında uşağa, onun anlayacağı bir dillə izah edə bilmirsə, deməli, özü də həmin mövzunu tam dərk etməyib.

Hazırladı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

17 Avqust 2022 00:46 - SİYASƏT
SİYASƏT
28 Sentyabr 2022 | 02:15
Bizim olan bizə qalacaq
28 Sentyabr 2022 | 01:48
2020-ci ilin bu günü...

Köhnə versiyamızdan xəbərləri izlə