Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şahdənizdə planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir

Bp Şahdəniz yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat ve­rir ki, Şahdənizin illik iş proqramının bir hissəsi olaraq Şahdəniz Alfa platfor­masında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilməyə başlayıb. Plana əsasən planlaşdı­rılmış profilaktik işlərin, inspeksiya və layihə tədbirlərinin daha səmərəli aparıl­ması məqsədilə Şahdəniz Alfa platformasından hasilat 2022-ci il avqust ayının 14-dən başlayaraq 14 gün ərzində dayandırılır.

Proqram çərçivəsində Səngəçal terminalı­nın Şahdəniz 1 hissəsində vacib təhlükəsizlik avadanlıqlarının profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz ana­layzer avadanlıq dəstnin quraşdırılması (metan qazı intensivliyini ölçmək üçün), monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar həyata keçiriləcək.

Paralel olaraq, Şahdəniz Alfa platformasın­da da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın hazır­lığına 2021-ci ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2022-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Alfa platformasının müvəqqəti dayandırılması da bu ilin hasilat planına daxil edilmişdir.

Proqram müddəti ərzində Şahdəniz Bravo platforması və ümumilikdə Şahdəniz 2 hasi­lat və ixrac sistemi, Səngəçal terminalındakı Şahdəniz 2 qurğuları normal əməliyyatlarını o cümlədən, regional və Avropa bazarlarına qaz təchizatını davam etdirəcək.

Həmçinin Azəri–Çıraq–Günəşli (AÇG) plat­formalarının hamısından – Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından hasilat, Səngəçal terminalının AÇG və İlkin Neft Layihəsi hissələri, həmçinin Bakı–Tbilisi–Ceyhan vasitəsilə ixrac əməliyyatları normal davam edəcək.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

17 Avqust 2022 00:38 - İQTİSADİYYAT
İQTİSADİYYAT
30 Sentyabr 2022 | 15:46
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə