Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar-iyul aylarında ölkədə elektrik enerjisi istehsalı 2,6 faiz artıb

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 mln.kVt•st, yəni 2,6% artaraq 16 278,1 mln. kVt•st olub.

Nazirlikdən bildiriblər ki, hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 125,1 mln. kVt•st artaraq 14 893,0 mln. kVt•st, SES-lərdə 286,5 mln. kVt•st artaraq 1163,9 mln. kVt•st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt•st artaraq 221,2 mln. kVt•st olub. Külək elektrik stansiyalarında 54,0 mln. kVt•st, günəş elektrik stansiyalarında 37,5 mln. kVt•st, Bərk Məişət Tullantı­larının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt•st elektrik enerjisi istehsal edilib.

Yeddi ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 653,6 mln. kVt•st (İES-lərdə 13 578,0 mln. kVt•st, SES-lərdə 1075,6 mln.kVt•st), Naxçıvan MR Dövlət Energeti­ka Xidməti üzrə 268,8 mln. kVt•st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt•st təşkil edib.

2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt•st, idxalı isə 83,5 mln. kVt•st olub.

2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerji­sinin istehsalı 2751,3 mln. kVt•st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln.kVt•st, yaxud 4,2% artması deməkdir.

İyul ayında elektrik enerjisinin idxalı 12,4 mln. kVt•st olmaq­la 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt•st, ixrac isə 374,2 mln. kVt•st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt•st artıb.

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

17 Avqust 2022 00:45 - İQTİSADİYYAT
İQTİSADİYYAT
3 Oktyabr 2022 | 11:42
Neft bahalaşıb
1 Oktyabr 2022 | 23:15
Həftəsonu neftin qiyməti
1 Oktyabr 2022 | 11:16
Azərbaycan nefti ucuzlaşıb
1 Oktyabr 2022 | 10:49
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə