Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

42 ölkə Rusiyanı hərbi qüvvələrini Zaporojye AES-dən çıxarmağa çağırıb

Avropa İttifaqının (Aİ) Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin saytında dərc edilmiş məlumatda deyilir ki, dünyanın 42 ölkəsi Rusiyanı Ukraynanın Zaporojye atom elektrik stansiyasını geri qaytarmağa çağırıb. Bildirilir ki, Rusiya ordusu stansiya üçün təhlükə yaradır və öz hərbçilərini oradan çıxarmalıdır.

Bəyanata bütün Aİ üzvləri, həmçinin Norveç, İngiltərə, ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Gürcüstan, Moldova, Şimali Makedoniya və Türkiyə qoşulub.

Ölkələr xatırladıblar ki, Rusiya Federa­siyasının Ukraynaya qarşı hərbi hərəkətləri beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və Rusiyanın Zaporojye atom elektrik stansiyası üzərindəki nəzarəti nüvə təhlükəsizliyi prinsiplərinə ziddir.

Birgə bəyanatda deyilir: “Biz Rusiya Federasiyasını özünün silahlı qüvvələrini və digər heyətlərini Zaporojye AES-dən, onun ətrafından və bütün Ukrayna ərazisindən çıxarmağa çağrırıq ki, operator və Ukrayna hakimiyyəti ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində suveren hüquqlarını yerinə yetirə bilsin. Bu həm də Beynəlxalq Atom Enerjisi Agentliyinə Ukraynanın öhdəliklərinə uyğun olaraq yoxla­ma keçirməyə imkan verəcək”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volo­dimir Zelenski Zaporojye AES-də yaranmış vəziyyətə görə, dünya birliyini Rusiyanın atom sənayesinə qarşı sanksiyalar tətbiq etməyə çağırmışdır.

“Xalq qəzeti”

15 Avqust 2022 23:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə