Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Büdcə gəlirlərində qeyri-neft sektorunun payı 52,5 faiz təşkil edir

 

Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”ında bildirilir ki, cari ilin ilk yarısında dövlət büdcəsinin gəlirləri 14 milyard 205,5 milyon manat məbləğində icra edilib ki, bu da müvafiq dövr üçün nəzərdə tu­tulmuş büdcə gəlirlərinin 107,4 faizinə bərabərdir.

Hesabat dövründə icra edilmiş gəlirlərin məbləği ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20,8 faiz çoxdur.

Qeyri-neft sektoru üzrə Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların qeyri-neft ÜDM-nə nisbəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faizə yüksəlib.

Dövlət büdcəsi gəlirlərinin proqnoz və əvvəlki illərin icra göstəriciləri ilə müqayisədə əhəmiyyətli artımı Dövlət Neft Fondu vəsaitlərinə qənaət edilməsi və transfertin az icrası ilə nəticələnib.

Hesabat dövründə büdcə gəlirləri proqnoza nisbətən 7,4 faiz çox olub, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin xətti ilə gəlirlərin artımı Dövlət Neft Fondu­nun vəsaitlərinə qənaət etməyə imkan yaradıb.

Belə ki, Dövlət Neft Fondunun transfertləri 1 mil­yard 712 milyon manat kəsirlə icra edilib, bu, büdcə gəlirlərində proqnozla müqayisədə Dövlət Vergi Xidmətinin xətti hesabına əldə edilmiş əhəmiyyətli artıma azaldıcı təsir edib.

Gəlirlərin 7 milyard 456,7 milyon manatı qeyri-neft gəlirlərindən, 6 milyard 748,8 milyon manatı isə neft gəlirlərindən ibarətdir. Ötən ilin müvafiq dövrünə nisbətən qeyri-neft gəlirlərinin daha sürətlə artması büdcə gəlirlərində qeyri-neft sektorunun payının 52,5 faizə yüksəlməsi ilə nəticələnib.

“Xalq qəzeti”

15 Avqust 2022 23:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə