Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Neft Fondunun aktivləri 45,3 milyard ABŞ dollarına bərabərdir

Birinci yarımillikdə dövlət büdcəsinə Dövlət Neft Fondundan (DNF) transfertlər nəzərdə tutulduğun­dan az icra edilib, valyutaya azalan tələb fonunda AMB valyuta bazarına alışyönlü müdaxiləni həyata keçirib.

Dövlət büdcəsinin əsas gəlir mənbələrindən hesab edilən DNF-nin transfertləri 73,1 faiz icra edilib, bu mənbədən dövlət büdcəsinə 4 milyard 648 milyon manat vəsait daxil olub.

Həm valyuta bazarında valyutaya tələbin yüksək olmaması, həm də vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilol­malarda müşahidə olunan müsbət dinamika DNF-nin aktivlərindən qənaətlə istifadəyə imkan yaradıb.

Cari ilin yanvar-iyun ayları ərzində DNF-nin aktivləri 282 milyon ABŞ dolları artaraq 45 milyard 306,8 milyon ABŞ dollarına yüksəlib.

Tələbin azalması fonunda AMB bazara alışyönlü müdaxilələr edib, cari ildə valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə 297 milyon ABŞ dolları həcmində valyuta alışı həyata keçirilib.

“Xalq qəzeti”

15 Avqust 2022 23:55 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə