Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Hindistan dünya nizamını müdafiə etmək üçün birlikdə çalışacaqlar

ABŞ Prezidenti Co Bayden Hindistanı ABŞ üçün əvəzolunmaz tərəfdaş kimi görür və inanır ki, iki ölkə "qaydalara əsaslanan nizamı müdafiə etmək" üçün birlikdə çalışacaq.

Prezident Bayden Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə çıxış edərkən deyib: "Hindistan və ABŞ əvəzolunmaz tərəfdaşlardır və onların arasındakı strateji tərəfdaşlıq qanunun aliliyinə, insan azadlığı və ləyaqətinin qorun­masında ortaq öhdəliyə əsaslanır".

Bayden qeyd edib ki, Amerika—Hindistan əməkdaşlığı Hind–Sakit okean regionunda sülhün və aşkarlığın möhkəmlənməsinə təkan verəcək: “Mən əminəm ki, qarşı­dakı illərdə hər iki demokratik ölkə dünya nizamını birgə müdafiə edəcək, sülhün möhkəmlənməsinə, çiçəklənməyə və vətəndaşların təhlükəsizliyinə töhfə verəcək, bütün dünyada rastlaşdığımız çağırışları birgə cavablandıracağıq.

Prezident diqqətə çatdırıb ki, hazırda ABŞ-da 4 milyona yaxın hind əsilli vətəndaş yaşayır.

“Xalq qəzeti”

15 Avqust 2022 23:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə